Azərbaycanda zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, ilkin məlumatlara əsasən zəlzələ yerli vaxtla saat 20:40-da Zaqataladan 20 km şimal-qərbdə, Balakən rayonu ərazisində qeydə alınıb.
Zəlzələnin maqnitudası 4.0, dərinliyi 8 km olub.

Zəlzələ Balakən-Zaqatalada 4 bala qədər, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss olunub.