Ankaradakı sərgi salonunda Rusiyanın Türkiyədəki səfirini qətlə yetirən şəxsin kimliyi məlum olub.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, bu, 22 yaşlı polis əməkdaşı Mert Altıntaşdır. 

Altıntaş xüsusi  təyinatlıların hadisə yerində keçirdiyi əməliyyat zamanı zərərsizləşdirilib.

Sui-qəsdçinin sərgi salonuna polis vəsiqəsini göstərərək daxil olduğu bildirilir.