İsraillə "Dəmir günbəz" Raket Hücumundan Müdafiə Sisteminin alınmasına dair razılaşma əldə olunub.

Mia.az trend-ə istinadən bildirir ki, bunu müdafiə sənayesi naziri Yavər Camalov jurnalistlərə deyib. Nazir Müdafiə Sənayesi Nazirliyinin həmin sistemin alınmasına müsbət rəy verdiyini də qeyd edib.

"Dəmir günbəz" Raket Hücumundan Müdafiə taktiki sistemi uçuş məsafəsi 4 km-dən 70 km-dək olan, idarə edilməyən taktiki raketlərdən müdafiə üçün nəzərdə tutulur.
Sistem İsrailin "Rafael" şirkəti tərəfindən yaradılıb.