Bu gün Milli Məclisdə ATƏT-in Bakı Ofisinin təşəbbüsü ilə ?İnsan hüquqları üzrə Müvəkkil milli preventiv mexanizm kimi? mövzusunda konfrans keçirilib. Konfransın açılışında çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov Azərbaycanda Ombudsman haqqında Konstitusyia Qanununun qəbul edildiyini bildirib. O, qeyd edib ki, ombudsman institutu bu qanun əsasında uğurla fəaliyyət göstərir. Konfransda həmçinin, Ombudsman Elmira Süleymanova, eləcə də ATƏT-in nümayəndələri və ekspertlər çıxış edərək bu sahədə beynəlxalq təcrübə haqqında fikirlərini bildiriblər.