Xəbər verildiyi kimi, cari ilin mart ayının 18-də AMİP-in növbəti Qurultayının keçirilməsi barədə qərar verilib. Siyasi Şuranın həmin qərarına müvafiq olaraq bu istiqamətdə hazırlıq işləri davam edir. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, 22-23 may AMİP-in Oğuz, Zaqatala, Balakən, Goranboy, Yevlax Rayon və Mingəçevir Şəhər Təşkilatlarında konfranslar keçirilmiş, İraddin Abbasov, Bəhmən Xanəlizadə, Aslan Məmmədov, Fəqani Məhərrəmov, Süleyman Nəsibov və Nəbi Əliyev müvafiq olaraq Rayon Təşkilatlarının sədrləri seçiliblər. Eyni zamanda partiyanın növbəti X Qurultayının nümayəndələri müəyyənləşib. Həmçinin, Qax, Samux rayonlarında və Gəncə şəhərində partiya fəalları ilə görüşlər keçirilib. Tədbirlərdə AMİP Katibləri və Siyasi Şuranın üzvləri iştirak ediblər. Bununla da, indiyədək partiyanın 42 Rayon Təşkilatında konfranslara və hesabat-seçki yığıncaqlarına yekun vurulub.