Milli Məclisin bu günki iclasında bir sıra qanun layihələri müzakirə edilib
Bu gün Milli Məclisin iclası keçirilir. İclasın gündəliyinə ?Məişət zorakılığının qarşısının alınması haqqında?, ?Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi barədə?, ?Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsinin icrası haqqında? qanun layihələrinin müzakirəsi daxildir.
Bundan əlavə, iclasda "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavələr edilməsi, "Milli arxiv fondu haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarına əlavələr və dəyişikliklər edilməsi məsələlərinin müzakirəsi nəzərdə tutulur.
İiclasın gündəliyinə, həmçinin Azərbaycan Respublikasının Goranboy rayonunun və Naftalan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının qanununun layihəsinin müzakirəsi daxildir.
Qeyd edək ki, Milli Məclis bu gün parlamentin yaz sessiyasının son iclasını keçirir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51