Sarısu gölünün şərq sahilində bir neçə istiqamətdə bənd yuyulub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Verilən məlumata görə, hazırda su açıq sahələrə axır. Fövqəladə Hallar Nazirliyi və aidiyyəti qurumlar yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görür. Hazırda Sabirabadın Muradbəyli və Qasımbəyli kəndlərinin su altında qaldığı bildirilir. Saatlıda da vəziyyət krititləşib. Belə ki, Nərimankənd, Musalı, Dəllər kəndləri ciddi təhlükə ilə üz-üzə qalıb. Əhali kəndlərdən evakuasiya olunur. FHN və digər qurumların nümayəndələri hadisə yerində təhlükənın qarşısını almağa çalışırlar.