Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib
Türkiyə Böyük Millət Məclisi (TBMM) sədrinin müavini Nevzat Paktilin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 23-də Azərbaycana səfərə gəlib. Nümayəndə heyətinə TBMM-in baş katibi Sadettin Kalkan, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Mustafa Kabakçı, eləcə də TBMM-in ATƏT PA və QİƏT PA-dakı nümayəndə heyətlərinin başçıları Alaatdin Böyükqaya və Kəmaləddin Göktaş və digər rəsmi şəxslər daxildirlər.
Səfərin əsas məqsədi Bakıda keçiriləcək ?TBMM- 90 il, Parlament diplomatiyası - TürkPA? beynəlxalq konfransda və Türkdilli Ölkələrin Parlament Assambleyasının ofisinin rəsmi açılışında iştirak etməkdir.
Qardaş ölkənin deputatlarının Azərbaycanda bir sıra görüşləri də nəzərdə tutulmuşdur.
TBMM-in sədr müavini və onu müşayiət edən şəxslər mayın 24-də Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış memorialı ziyarət edəcəklər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50