Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyunun 2-də ABŞ dövlət katibinin Avrasiyada enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstarı qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan-ABŞ enerji əlaqələrinin hazırkı vəziyyəti və inkişaf perspektivlərini müzakirə edib, həmçinin Xəzər regionunda gerçəkləşdirilən enerji layihələri ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.