Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaqa daxil olan digər partiyalar 28 may 2010-cu il tarixdə Respublika Günü münasibəti ilə Bakının Novxanı kəndində Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə bayram tədbiri keçirəcək. Müsavat Partiyasının mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, tədbir saat 14:00-da başlayacaq.