?Əsasən bizdə çətinlik Sabirabad və Saatlı rayonlarındadır. Hansı kəndlərdən ki, əhali köçürülüb, bu kəndlərin şagirdləri valideynləri məskunlaşdığı yerdə təhsillə təmin olunublar. Elə bir rayon yoxdur ki, bötövlükdə tədrisi dayandırılsın?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. Nazir qeyd edib ki, daşqınla əlaqədar olaraq həmin rayonların təhsil şöbəsinin rəhbərləri ilə hər gün əlaqə saxlayır. M.Mərdanov onu da vurğudayıb ki, harada ciddi çətinlik yoxdursa, mərkəzləşmiş qaydada 9-11 sinif imtahanları keçiriləcək: ?Harda çətinlik varsa, orada illik 10-cı sinifin və sınaq imtahanlarının nəticəsindən asılı olaraq yekun qiymətləndirməni aparacağıq. Uşaq baxçalarına qaldıqda isə, rayonlarda uşaq baxçalarının o qədər də geniş şəbəkəsi yoxdur. Buradakı baxçalara ciddi ziyan dəyməyib?. [b]Rəhilə Manafova[/b]