Vergilər naziri Fazil Məmmədov özünə yeni müşavir təyin edib.

Vergilər Nazirliyindən verilən məlumata görə, Mahir Rəfiyev bundan sonra nazirin müşaviri vəzifəsini icra edəcək. Bununla vergilər nazirinin müşavirlərinin sayı 10-a çatıb.

Qeyd edək ki, M.Rəfiyev buna qədər nazirliyin Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi olub. Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi vəzifəsinin icrası nazir müşaviri Ələkbər Məmmədova tapşırılıb.