Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə "Aztelekom” MMC-yə yeni baş direktor təyin edib.

Mia.az xəbər verir ki, nazirin əmri ilə Suat Paşayev MMC-nin baş direktoru vəzifəsinə təsdiq olunub.

Qeyd edək ki, S.Paşayev bu ilin may ayından "Aztelekom” MMC-nin baş direktor vəzifəsini müvəqqəti icra edirdi.

Xatırladaq ki, "Aztelekom”un baş direktoru Məhəmməd Məmmədov korrupsiya ittihamı ilə həbs olunub.