Rusiya Xarici İşlər naziri Sergey Lavrov Türkiyənin Antalya şəhərinə səfərə gəlib.
Axar.az xəbər verir ki, Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Rusiya-Türkiyə Birgə Strateji Planlaşdırma Birliyinin iclasında iştirak edəcək.
Özəl təyyarə ilə Qazipaşa Hava Limanına gələn rusiyalı naziri podpolkovnik Həsən Tanrıseven və Qazipaşa rəhbəri Qədir Əkinçi qarşılayıb.