Rusiya xarici işlər naziri Sergey Lavrov «Reuters»in əməkdaşını təhqir edib.

Lavrov ATƏT-in iclasında onu yaxın məsafədən çəkən operatoru «debil» adlandırıb.

İnsident Lavrovun almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə görüşü ərəfəsində baş verib.

Rus nazir yaxın məsafədən çəkiliş aparıldığını görüb jurnalistə ingiliscə "nə istəyirsən" sualını verib. Sualına cavab gəlməyəndə də məlum ifadəni səsləndirib(Strateq).