Türkiyə "DQR"-də keçiriləcək parlament seçkisinə münasibət bildirib
Türkiyənin Xarici İşlər Nazirliyi qondarma Dağlıq Qarabağda keçiriləcək ?parlament seçkisi? ilə bağlı bəyanat yayıb. Türkiyə Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən bəyanatda, rəsmi Ankaranın separatçıların mayın 23-də keçirəcəkləri ?seçki?ni tanımadığı bildirilir.
?Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq hüquq normaları kobud şəkildə pozulur?, - deyə bəyanatında qeyd edilib. Sənəddə bildirilir ki, separatçıların bu əməlləri BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və ATƏT-in Minsk qrupunun prinsiplərinə ziddir.
?Türkiyə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və onun işğal olunmuş torpaqlarında ?parlament seçkisi?nin keçirilməsini yolverilməz sayır. Bu ?seçki?nin heç bir hüquqi əsası yoxdur və onun nəticələri tanınmayacaq?, - deyə bəyanatda qeyd olunub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50