Misir Ərəb Respublikasının xarici işlər naziri Əhməd Abul Ğeytin mayın 24-25-də Azərbaycanda rəsmi səfərdə olacaq. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Verilən məlumata görə, səfər çərçivəsində Əhməd Abul Ğeytin Azərbaycanın baş naziri Artur Rasi-zadə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulub. E.Məmmədyarovla görüşdən sonra mətbuat konfransının keçirilməsi planlaşdırılır.