Belarus prezidenti Aleksandr Lukaşenko Heydər Əliyev Mərkəzində olub.

Mia.az xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Belarus dövlətinin başçısına Mərkəzin fəaliyyəti barədə məlumat verib.

Belarus Prezidenti Muzeyin ayrı-ayrı bölmələri, eləcə də 1969-cu ildən 2003-cü ilədək Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə, Heydər Əliyevin digər dövlət başçıları, o cümlədən Aleksandr Lukaşenko ilə keçirdiyi görüşlərə dair materialların yer aldığı "Beynəlxalq əlaqələr” bölməsinə baxıb.

Daha sonra Lukaşenko Mərkəzin xatirə kitabında ürək sözlərini yazıb.

 

Lukaşenko Heydər Əliyev Mərkəzində  -  Fotolar
Lukaşenko Heydər Əliyev Mərkəzində  -  Fotolar
Lukaşenko Heydər Əliyev Mərkəzində  -  Fotolar