Bu gün Sabirabad rayonunun Azadkənd kəndində əsas sahil mühafizə bəndi dağılıb. Fövqəladə Hallar Nazirliyindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, nəticədə qeyd olunan kənddə bəzi ərazilər daşqın suları ilə dolub. O da bildirilib ki, şayın bəndi yarması nəticəsində kənd qəbiristanlığı tamamilə su altında qalıb. Daşqının nəticələrinin aradan qaldırılması məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti qurumların qüvvə və texnikasının köməyi ilə dağılmış bəndlərdə bərpa və bərkitmə işləri aparılır, müvafiq təhlükəsizlik tədbirləri görülür, o cümlədən sakinlərin köçürülməsi həyata keçirilir.