Avropa Birliyi Türkiyənin ittifaqa üzvlüyü ilə bağlı danışıqları dondura bilər.
Bu barədə informasiyanı TASS agentliyi Avropa Parlamentindəki etibarlı mənbələrinə istinadən yayıb.
Mənbə gələn aya qədər AB-Türkiyə münasibətlərində irəlləyiş olmasa, Brüsselin Ankaraya qarşı sərt addımlar atmalı olacağını bildirib.
Qeyd edək ki, son günlər Türkiyə-Avropa Birliyi münasibətləri gərginləşib. Avropa ölkələri Türkiyəni insan haqlarının pozulmasında günahlandırır, Ankara isə Qərbi ikiüzlü siyasət yürütməkdə ittiham edir.
APA