Türkiyənin Maliyyə Nazirliyində Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyat nəticəsində 36 nəfər tutulub.

Bu haqda Ankara Təhlükəsizlik İdarəsinin Maliyyə Cinayətlərinə qarşı Mübarizə şöbəsi məlumat yayıb.

FETÖ-yə qarşı istintaq çərçivəsində nazirliyin 60 vəzifəlisi bu qruplaşma ilə əlaqədə şübhəli bilinib. Onların 36-sı barədə həbs qətiimkan tədbiri seçilib.  

Report