Mayın 19-da Parisdə Avropa Şurası Monitorinq Komitəsinin iclası keçiriləcək. İclasda Azərbaycanla bağlı hazırlanmış məruzə müzakirə olunacaq. Bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Gültəkin Hacıbəyli deyib. G.Hacıbəyli bildirib ki, Monitorinq Komitəsinin iclasında ölkəmizi təşkilatdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov təmsil edəcək. ?Məruzə haqqında indidən fikir söyləmək çətindir. Amma ümid edirik ki, Azərbaycanla bağlı məruzə balanslaşdırılmış, özündə obyektivliyi əks etdirən sənəd olacaq? deyə G.Hacıbəyli qeyd edib.