YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov son günlər müxalifətin təbii fəlakətdən siyasi dividentlər qazanmaq üçün əsassız kampaniya apardığını bildirib: ?Bu gün müxalifətin təbii fəlakətdən siyasi kampaniya kimi istifadə etməsinin arxasında ancaq çirkin niyyətlər durur?. Əli Əhmədovun sözlərinə görə, dövlət başçısı İlham Əliyevin təbii fəlakətə məruz qalan bölgələrə baş çəkməsi, orada yaşayan insanların təhlükəsizliklərinin təmin olunması, onlara göstərilən tibbi xidmətin yaxşılaşdırılması, təhlükənin aradan qaldırılması üçün verdiyi göstərişlər hökümətin zərər çəkən əhalini diqqətdə saxladığını bir daha təsdiqləyir. ?Müxalifət mətubatı ölkədə ictimai rəyi formalaşdırmaq iqtidarında deyil. Yazılanlar insanlar tərəfindən hörmətlə qarşılanmır. Aparılan işləri görməmək sadəcə vicdansızlıqdır?, - deyə Ə.Əhmədov əlavə edib.