Ekologiya Nazirliyi Kürün səviyyəsi artmaqda davam edəcəyini bildirir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, mayın 15-də axşam saatlarında və mayın 16-na keçən gecə yağan intensiv leysan yağışı nəticəsində əksər çaylarda, o cümlədən, Kür, Araz və Qanıx çaylarının yuxarı axınında sululuğun artımı qeydə alınıb.
Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, hazırda ən yüksək sululuq Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında müşahidə olunur və ongünlük normanın 120-344, Balakən-Şəki bölgəsi çaylarında 90-210, Kiçik Qafqaz çaylarında 132-203%-ni təşkil edir. Lənkəran-Astara bölgəsi çaylarında isə sululuq normadan aşağıdır (ongünlük normanın 120-145%-i) .
[b]Tranzit çaylarda hazırki vəziyyət[/b]
Kür çayının Qıraqkəsəmən məntəqəsindən Şəmkir su anbarına axım 760 (ongünlük normanın 106 %-i), Qanıx çayından Mingəçevir su anbarına axım isə 223 m3/san (ongünlük normanın 110%-i) təşkil edir.
[b]Kür çayının aşağı axınında hazırkı vəziyyət[/b]
Mayın 15-də axşam saatlarında və mayın 16-na keçən gecə yağan intensiv leysan yağışı nəticəsində Kür, Araz, Qanıx çaylarında və onlara tökülən qollarda sululuğun artması nəticəsində mayın 17-də Kür çayının Zərdab məntəqəsində suyun səviyyəsi 10, Surrada 11, Şirvan və Salyanda 15, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində isə 8 sm artıb.
[b]Gözlənilən sululuq[/b]
Mayın 15-də axşam və mayın 16-na keçən gecə yağan intensiv leysan yağışı nəticəsində Respublikanın ərazisində, o cümlədən, qonşu ölkələrdə Kür, Araz, Qanıx çaylarının hövzələrində sululuğun artımı qeydə alınmışdır ki, bununla əlaqədar yaxın günlərdə Kür çayının aşağı axınında səviyyənin artımının davam edəcəyi gözlənilir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08