Bu gün AMİP lideri Etibar Məmmədov Böyük Britaniya Konservatorlar Partiyasının lideri, Devid Kameronu partiyasının parlament seçkilərində qalib gəlməsi münasibəti ilə təbrik edib. Müstəqil İnformasiya Agentliyinə daxil olan təbrikdə deyilir: ?Hörmətli, Devid Kameron, Azərbaycan Milli İstiqlal Pariyası Konservatorlar Partiyasını və Sizi Böyük Britaniya parlament seçkilərində qələbə qazanmanız münasibətilə təbrik edir, yeni hökümətin dayanıqlı olmasını arzulayır. Konservatorlar Partiyasını və AMİP-i Beynəlxalq Demokrat İttifaqı çərçivəsində uzun və səmərəli bir əməkdaşlıq birləşdirir. AMİP-in qabaqcıl və Avropa standartlarına uyğun bir partiya kimi inkişafında biz həmişə Sizin partiyanın təcrübəsindən yararlanmışıq və əlaqələrimizin daha da genişlənəcəyinə ümid edirəm. Hörmətli Baş Nazir, Azərbaycan və Böyük Britaniya uğurlu və faydalı əməkdaşlıq edir. Ümid edirəm ki, bu əməkdaşlıq daha da dərinləşəcək və xalqlarımız arasında dostluğa xidmət edəcək. AMİP lideri və BDİ-nin sədr muavini kimi ölkələrimiz və partiyalarımız arasında əməkdaşlığı dəstəkləyir və bunun daha da dərinləşəcəyinə inanıram?.