Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Rusiyaya səfər edəcək
Azərbaycan Milli Məclisin deputatlarından ibarət nümayəndə heyəti Rusiyaya səfər edəcək.
Parlamentin sədr müavini Valeh Ələsgərovun başçılıq etdiyi nümayəndə heyəti mayın 29-da Rusiyaya yola düşəcək və səfər iki gün davam edəcək.
Səfər zamanı Azərbaycan-Rusiya parlamentlərarası əməkdaşlıq komissiyasının növbəti görüşü keçiriləcək. Komissiyanın son iclası ötən il Bakıda keçirilmişdi. O zaman Rusiya Federal Şurasının sədr müavini Svetlana Orlovanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəlmişdi və maraqlı görüşlər olmuşdu. Bu dəfə isə Azərbaycan Milli Məclisinin on nəfərlik nümayəndə heyəti Rusiyaya gedəcək. Keçirilən görüşlərdə iki ölkənin parlamentləri arasında əməkdaşlıq və digər məsələlər müzakirə ediləcək .
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51