Daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr verib.
Mia.az-a daxil olan məlumata görə, nazir Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Ərziman Əliyevi vəzifədən kənarlaşdırıb.
Ə.Əliyevin vəzifədən kənarlaşdırılması pensiya yaşının çatması ilə bağlı olduğu bildirilir. Hazırda onun yerinə hər hansı bir təyinat olmayıb.
DİN-in sözçüsü Ehsan Zahidov məlumatı Mia.az-a təsdiqləyib.
O bildirib ki, polis general-mayoru Ə.Əliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Onun sözlərinə görə, hələlik Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsinə təyinat yoxdur.
Mia.az