Kürün daşması nəticəsində zərər görmüş Şirvan şəhərində çadır şəhərciyində 700 sakin məskunlaşıb. Şirvan rayon Fövqəladə Hallar Komissiyasının sədri Samir Abıyevin sözlərinə görə, bundan əlavə 250 nəfər məktəbdənkənar müəssisələrdə, 120 nəfər isə peşə məktəbinə yerləşdirilib. ?Onların ərzaq təminatı, tibbi xidmət, təhsillə bağlı heç bir problemi yoxdur. Uşaqlar dərslərini Şirvan şəhəri 16 və 18 saylı məktəblərdə davam etdirirlər?. Son məlumatlara görə, çadırlarda yaşayan, sağlamlığında müxtəlif problemlər olan 60-ya yaxın vətəndaş isə xəstəxanaya yerləşdirilib. S.Abıyevin sözlərinə görə, hələ Kür çayında suyun səviyyəsi kritik vəziyyətdədir. ?Təhlükə tam sovuşmayıb?.