Bu gün ?Azadlıq? bloku demokratik seçkilər, sərbəst toplaşma azadlığının təmin edilməsi, seçki məcəlləsinə dəyişiklik edilməsi və Dağlıq Qarabağla bağlı aparılan danışıqlara aydınlıq gətirilməsi tələbi ilə bu gün ?Nərimanov? kinoteatrının qarşısında mitinq keçirəcək. Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti ?Azadlıq? blokuna mitinq üçün şəhərdən kənarda yer ayırdığı üçün aksiyanın təşkilatçıları etiraz ediblər və mitinqin icazəsiz keçirilməsi haqda qərar veriblər. Təşkilatçılar aksiyanın bu gün saat 15.00-da keçiriləcəyini bəyan ediblər.