Prezident İlham Əliyev bu gün daha bir fərman imzalayıb.

Mia.az xəbər verir ki, fərmana əsasən, "Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun adının dəyişdirilməsi və "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli fərmanına dəyişiklik edilib.

Dəyişikliiyə əsasən, Təhsil Problemləri İnstitutu bundan sonra Azərbaycan Respublikasının Təhsil İnstitutu adlanacaq.