Prezident İlham Əliyev Fələstinnin prezidenti Mahmud Abbasa təbrik məktubu göndərib.
Mia.z xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Təbrik məktubunda deyilir:
"Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Fələstin Dövlətinin elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan-Fələstin münasibətləri bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və möhkəmlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və rifah diləyirəm".