Noyabrın 13-də Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionunda erməni əsgəri öldürülüb.
"Report" erməni mətbuatına istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Vardan Arakelyan naməlum şəraitdə güllə yarası alaraq ölüb.
İnsident qoşunların təmas xəttinin cənub istiqamətində qeydə alınıb. Hadisənin detallarının araşdırılması üçün təhqiqat aparılır.