İki gündür ki, Rusiyada bir sıra siyasətçilər Trampın seçilməsinə görə bayram edir. ABŞ prezidentini ilk təbrik edənlərdən biri Rusiya prezidenti Vladimir Putin olub.
Dünən bu münasibətlə LDPR-in lideri Vladimir Jirinovski "Vesti”nin canlı efirində şampan içib, bu qələbə münasibətilə Rusiya xalqını təbrik edib.
Lakin Tramp növbəti dəfə sürpriz açıqlama verib. Seçki kampaniyası dövründə Rusiya ilə ABŞ-ın münasibətlərini yaxşılaşdıracağını deyən Tramp seçildikdən sonra tam fərqli mövqe sərgiləyib.
Donald Tramp bu gün CNN-ə müsahibə verib.
Bizimyol.info bildirir ki, siyasi icmalçı Farid Zakariyyanın suallarını cavablandıran D.Tramp bildirib ki, o, İŞİD-i məhv edəcək: "İŞİD-i məhv edəcəyik, Rusiyanın Krım və Donbassdakı işğalçı hərəkətlərinə sanksiyaların götürülməsindən söhbət belə gedə bilməz. Hətta Moskvaya qarşı sanksiyalar daha sərt olacaq və onu Şimali Koreya kimi təcrid edəcəyik”.