Xəbər verildiyi kimi "Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi layihəsi çərçivəsində noyabrın 8-də səhər saatlarında Dərinsulu Günəşli platformasındakı qazma podratçısının bir işçisinin  itkin düşüb.

"Caspian Barrel"in neft dairələrindən əldə etdiyi məlumatlara görə, həmin şəxs Britaniyanın "KCA-Deutag” şirkətində qazmaçı vəzifəsində çalışırmış.

Qazmaçının cəsədi noyabrın 10-da xüsusi dalğıc qurğusunun apardığı axtarış nəticəsində Dərinsulu Günəşli platformasının altından tapılıb. Burada suyun dərinliyi 120 metrə yaxındır.

Mia.az onu da bildirir ki, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bu gün itkin düşən şəxsin kimliyini açıqlamışdı: "İtkin düşən həmin şəxs Qalıb Hacıyevdir. Əlavə araşdırma aparırıq".

Onu da xatırladaq ki, "KCA-Deutag” şirkəti 1995-ci ildən Azərbaycanda fəaliyyət göstərir və istismar quyularının layihələndirilməsi və onların qazılması sahəsində BP şirkətinin Xəzər əməliyyatlarında baş podratçısıdır.