Bakı şəhəri, Səbail rayonunda Təhsil Nazirliyinə məxsus 332 saylı uşaq bağçasının yerləşdiyi ikimərtəbəli ümumi sahəsi 700 kv.m. olan binada yanğın olub. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, yanğın binanın 1-ci mərtəbəsində baş verib. Belə ki, binanın 1-ci mərtəbəsində gözətçi otağının yanar konstruksiyaları 10 kv.m. sahədə və dəhlizin yanar konstruksiyaları 20 kv.m. sahədə yanıb. 15 azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən təhlükəsiz zonaya təxliyyə olunub. Binanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.