"Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri:  Ermənistan və Azərbaycandan baxış" beynəlxalq konfransın iştirakçısı, "Meridian" Qeyri-Hökumət Təşkilatının sədr müavini, hüquq müdafiəçisi Suzanna Çaqinyan Xocalı abidəsini ziyarət edəcək. 
 
Bunu bu gün Bakıda keçirilən mətbuat konfransında S. Çaqinyan deyib. 
 
 O, istənilən zorakılığa qarşı olduğunu bildirib: "Mən, sabah Xocalı qurbanlarının abidəsini ziyarət edəcəm".

APA