ABŞ-da prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd, müsəlmanlara qarşı sərt ifadələr işlədən Donald Trampın qalib gəlməsi Türkiyədə də böyük maarq yaradıb.
Mia.az xəbər verir ki, ABŞ-la strateji müttəfiq olan Türkiyədə Trampın qalibiyyəti müzakirələrə səbəb olub.
Ədliyyə naziri Bəkir Bozdağ kimin seçilməsindən aslı olmayaraq, ABŞ-la Türkiyənin strateji müttəfiq olduğunu deyərək, münasibətlərin eyni qaydada davam edəcəyini söyləyib.
Baş nazir Binəli Yıldırım da Trampın seçilməsinin Türkiyə ilə münasibətlərə təsir etməyəcəyini deyib. Bildirib ki, münasibətlər strateji müttəfiqlik səviyyəsində davam edəcək.