Azərbaycan Respublikası Hesablama Palatasının növbəti kollegiya iclasında həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Hesabatlar müzakirə olunub.

Mia.az-ın məlumatına görə, iclasda aşağıdakı məsələlər müzakirəyə çıxarılıb. 

"Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin "Nəqliyyat və rabitə” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və təyinatı üzrə icrasına dair;

Azərbaycan Respublikasının Qırğız Respublikasındakı səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə dair;

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən geoloji-kəşfiyyat və topoqrafiya-geodeziya axtarış işlərinə yönəldilmiş vəsaitlərin istifadəsinə dair;

Zaqatala Rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair.

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.