Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin adını açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, 7 noyabr tarixinə vergi borcu olduğuna görə 407 şəxsin ölkədən çıxması qadağan edilib.

Ümumilikdə bu şəxslər arasında xarici ölkələrin 5 vətəndaşı da var.

Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.

APA