Azərbaycanın vergilər naziri Fazil Məmmədovun müşavirlər heyətinin tərkibində dəyişiklik edilib.

Mia.az Trend-ə istinadən xəbər verir ki, nazirin əmri ilə Natiq Şirinov yeni müşavir təyin olunub. İlqar Əhmədov isə müşavirlərin sırasını tərk edib.

Hazırda vergilər nazirinin müşavirlərı 10 nəfərdən ibarətdir.