Kürün daşması nəticəsində bir çox rayonları sel sularının basması müxalifət cəbhəsini, başda ?Azadlıq? bloku olmaqla hərəkətə gətirib. Müxalifətin təbii fəlakətin yaratdığı fəsadları hakimiyyətin günahları kimi qələmə verməsi Müsasir Müsavat Partiyasının narazılığına səbəb olub. MMP mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, partiya müxalifətin bu cür qərəzli münasibətinə öz etirazını bildirir və bəyan edir ki, ?Azadlıq? blokunun mayın 15-ə planlaşdırdığı mitinqə əks, həmin istiqamətdə və həmin məkanda mitinq keçirməyə qərar veribdir. MMP keçirəcəyi həmin mitinqdə radikal müxalifətin hadisələrdən bu cür sui-istifadə etmələrini, xalqı aldadıb provokasiyaya çəkdiklərini xalqa çatdıracaq.