?Azadlıq? bloku mayın 15-də icazəsiz aksiya keçirmək barədə qərar qəbul edib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə bloka daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Nurəddin Məmmədli məlumat verib. AXCP yetkilisi bildirib ki, aksiya mayın 15-də saat 15.00-da Nərimanov parkında keçiriləcək. N.Məmmədlinin sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti təklif olunan yerləri deyil, şəhərin ucqar yerlərində, qapalı məkanlarında yer ayırır: ?Biz isə bununla razılaşmırıq. Hesab edirik ki, şəhərin istənilən yerində aksiya keçirmək bizim haqqımızdır. Bu haqqımızı da tələb edirik?.