Noyabrın 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan yenə də intensiv atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, cavab tədbirləri nəticəsində düşmən susdurulub.

"Qoşunların təmas xəttində vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür”.