Bu gün mərhum prezident Heydər Əliyevin doğum günüdür. Mərhum prezidentin doğum günü ilə bağlı tədbirlər Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrində də qeyd edilir. H.Əliyevin ad günü münasibəti ilə bu gün həmçinin paytaxt Bakıda Gül bayramı da keçirilir. Bununla əlaqədar Heydər Əliyev Sarayınin qarşısındakı park müxtəlif güllərlə bəzədilib. Səhər saatlarından etibarən Bakı sakinləri parkda gəzintiyə çıxıb Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən düzənlənən tədbirdə iştirak edə bilərlər.