Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatı 27 may Rəşid Behbudov adına Mahnı teatrında Respublika günü ilə əlaqədar Konsert təşkil edəcək. DAK-dan Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Azərin, Şəmistan Əlizəmanlı, Nuriyə Hüseynova, Əlirza Amanbəyli, Dilbər Kazımova, Mahirə Şirinova , Savalan qrupu və İstiqlal rep qrupunun ifalarıyla milli bir konsert olacaq. Bu konsertin bir özəlliyi burasındadır ki, Azərbaycanda ilk dəfə məhz burada 250 nəfərin iştirakı ilə MİLLƏT ANDI içiləcək. Bilet əldə etmək istəyənlər 051 873 26 53 nömrəsi ilə əlaqə saxlaya bilərlər.