Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri başa çatıb. Vnukovo-2 hava limanında Azərbaycan Prezidentini Rusiyanın dövlət və hökumət nümayəndələri yola salıblar. Həmin gün Prezident İlham Əliyev Vətənə qayıdıb. Heydər Əliyev adına Beynəlxalq hava limanında dövlətimizin başçısını Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.