Dünən Azərbaycana səfərə gələn Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç bu gün Prezident İlham Əliyev tərəfindən qəbul edilib.
Mia.az xəbər verir ki, rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə təkbətək görüşü olub.