Azərbaycan prezident İlham Əliyev Rusiyanın dövlət başçısı Dmitri Medvedevin dəvəti ilə Böyük Vətən müharibəsində Qələbənin 65 illiyinə həsr olunmuş bayram tədbirlərində iştirak etmək üçün bu gün Moskvaya işgüzar səfərə yola düşüb. Dövlət başçısını Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıb. Qeyd edək ki, Böyük Vətən müharibəsində Qələbənin 65 illiyinə həsr olunmuş bayram tədbirlərinə bir sıra dünya liderləri dəvət olunub.