"Normal qadın 5 dəfə ailə qurur”.
Mia.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında müğənni-rəqqasə Sevda Sanəliyeva bildirib.
O, birinci evliliyinin yalnış qərar olduğunu söyləyib:
"Mən bir ay ailəli oldum və səhv qərar olduğu üçün boşanmışam. İkinci dəfə ailə qurdum. Normal qadın 5 dəfə ailə qurur. Mən də ikinci dəfə ailəmi qurub yaşayıram. 10 dəfə ailə quranlar var, bunun nəyi anormal kimi bildirilib?”.


