Milli Məclisin deputatları Elton Məmmədov, Əli Məsimli və Mirkazım Kazımov Baltik Assambleyasının təşkilatçılığı ilə keçiriləcək dəyirmi masada iştirak etmək üçün mayın 12-dən 15-dək Latviyaya səfər edəcək. MM-in mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, Riqa şəhərində keçiriləcək tədbir ?Yeni təhlükəsizlik strategiyalarına aparan yol? mövzusuna həsr olunub. Dəyirmi Masada Avropanın enerji təhlükəsizliyi və bu məsələyə regional baxışlar müzakirə ediləcək. Tədbir çərçivəsində Baltik Assambleyası Rəyasət Heyətinin GUAM PA nümayəndələri ilə görüşü də keçiriləcək.